İranda daha 216 nəfər pandemiyanın qurbanı oldu

İranda son sutka ərzində 2333 nəfər koronavirusa yoluxub, 216 pasiyent vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, İranda virusa yoluxanların ümumi sayı 291 172 nəfərə çatıb. Pandemiya qurbanlarının sayı 15 700 nəfərdir. Bu günədək 253 213 xəstə sağalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR