Məşhur aktyor vəfat etdi

Amerikalı aktyor Con Sekson 83 yaşında dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, artistin həyat yoldaşı Qloriyanın sözlərinə görə, C. Seksonun ölümünə səbəb pnevmoniya olub.

Qeyd edək ki, C.Sekson 1936-cı il avqustun 5-də Nyu-Yorkda anadan olub. 60 illik aktyorluq fəaliyyəti ərzində o, 200-dən çox filmə çəkilib. Aktyor daha çox “Appaluza”, “Əjdahanın çıxışı”, “Qarağaz küçəsində qarabasma” (üç hissə - 1984, 1987, 1994) və “Gün batandan səhərə qədər” filmləri ilə tanınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR