Türkiyədə daha 17 nəfər virusdan öldü

Türkiyədə son sutka ərzində 17 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 927 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5613, virusa yoluxanlar isə 226 min 100 nəfərə çatıb.

Türkiyədə indiyədək 209 min 487 xəstə sağalaraq evə buraxılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR