Azərbaycanda koronavirusdan sağalanların sayı 23 mini ötdü

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 27-nə olan statistik göstəriciləri açıqlayıb.

Metbuat.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 6781 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 315 nəfər reanimasiyada, 69 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 30 446 nəfər virusa yoluxub, 23 242 nəfər sağalıb.

Qeyd olunub ki, bu gün 6838 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 690 386 test aparılıb.

Qeyd edək ki, bu gün 396 koronavirusa yoluxma faktı qeydə alınıb, 6 nəfər dünyasını dəyişib, 558 nəfər sağalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR