Mətbəx sirləri: "Pərqu" salatı

Mətbəx sirləri: "Pərqu" salatı
07:05 18 Yanvar 2015
212 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az "Pərqu" salatının hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

2 kartof
1 baş soğan
200 q toyuq əti
3 yumurta
150 q pendir
0,5 pekin kələmi
200 q mayonez
duz
istiot

Soğanı yarımhalqa, bişmiş toyuq ətini xırda doğrayın.

Bişmiş yumurtaların ağını sarısından ayırın.

Pekin kələmini xırda doğrayın.

Kartofu qabıqlı bişirib soyudun, qabığını soyun.

Salat qabının dibinə azca mayonez çəkin. Kartofu sürtgəcin iri gözündən keçirin.

Üzərinə soğanı döşəyin (yumşaq olması üçün soğanın üstündən qaynar su axıda bilərsiniz).  Düz, istiot səpin. Mayonez çəkin.

Toyuq ətini, sürtgəcin iri gözündən keçirilmiş yumurta ağlarını və pendiri döşəyin, mayonez çəkin.

Yumurta sarılarını sürtgəcin xırda gözündən keçirin. Salatın üstünə səpin. Pekin kələmiylə bəzəyin.

Bir saat soyuducuda saxlayın.

Toyuq ətini tuna balığının konservi ilə də əvəzləmək olar. 

Nuş olsun!

Resept: vk.com/vk_cook

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR