Bakıda yük maşını yeniyetməni vuraraq öldürüb

Bakıda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az APA-ya istinadən məlumat verir ki, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Belə ki, velosipedlə yolu keçmək istəyən, 2006-cı il təvəllüdlü Seyidov Elmir Elman oğlunu yük maşını vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Rayon Polis İdarəsində araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR