İran dini lideri Ayətullah Xamneyinin sözcüsü olan Əli Laricani 3 ay aradan sonra yenidən koronavirusa yoluxub.
Metbuat.az xəbər verir ki, test nəticələri pozitiv çıxan Laricanı Tehranda xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin yaxşıolduğu bildirilib.
Qeyd edək ki, Laricani 2 apreldə koronavirusa yoluxmuş və 24 gün sonra sağalaraq vəzifəsinə qayıtmışdı. Koreyadan olan alimlər insanın ikinci dəfə koronavirusdan sağalma ehtimalının olmadığını bildiriblər.
Mənbə: Sondakika.com