Tramp dünya gündəmini silkələdi:

ABŞ Prezidenti Donald Tramp ölkəsindəki prezident seçkilərini təxirə salmağı təklif edib.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ lideri “Twitter” hesabında yazıb.

D.Tramp 2020-ci il seçkilərinin poçt vasitəsilə keçirilməsinin nəticələrin qeyri-dəqiq olmasına gətirib çıxaracağını bildirib.

O, seçkiləri insanların düzgün, etibarlı və təhlükəsiz şəkildə səs verə biləcəyi vaxta qədər təxirə salmağı təklif edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR