Türkiyədə koronavirusla bağlı

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 15 nəfər ölüb.

Metbuat.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 43 236 şübhəli koronavirus testindən keçib, onlardan 967-nin cavabı pozitiv çıxıb. Bu gün daha 982 xəstə sağalıb.

Türkiyədə indiyədək 229 891 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5671 nəfər ölüb, 213 539 nəfər müalicə olunaraq evə buraxılıb.

Nazir bu gün 561 ağır xəstə olduğunu, pnevmaniyalı xəstə sayının isə 9,3 faiz təşkil etdiyini yazıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR