Braziliyada avtomobilin skamyaya çırpılması nəticəsində 6 nəfər ölüb

07:17 18 Yanvar 2015
98 Dünya
Ölkə mətbuatı
A- A+

[ 18 Yanvar 2015 06:45 ]

Braziliyanın Minas-Jerays ştatında baş vermiş ağır yol nəqliyyat hadisəsi nəticəsində 6 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.

APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, yüksək sürətlə hərəkət edən minik avtomobili Belu Oriyenti yaşayış məntəqəsində döngədə idarəetməni itirib və yoldan çıxaraq binanın qarşısında sakinlərin oturduğu skamyaya çırpılıb.   

 

Skamyanı aşıran avtomobil daha sonra ağaca çırpılıb.  

 

Məlumata görə, qəza nəticəsində yaralılardan üçü avtomobilin salonunda olublar. Hadisə yerini tərk edən sürücü barəsində axtarış elan olunub.  

 

Ölənlər arasında  4 qadın, kişi və 16 yaşlı qız var.   


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369505

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR