Allahşükür Paşazadə: “Qurban bayramında hər bir insanın qurban kəsməsi vacib deyil”

.

“Təəssüflər olsun ki, koronavirus pandemiyası nəticəsində Həcc ziyarətinə gedə bilmədik. Ancaq Allah təala gələcəkdə ziyarətlərimizi və qurbanlarımızı həmin müqəddəs məkanlarda kəsməyi nəsib etsin”.

Metbuat.az report-a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, pandemiyaya görə bayram namazları müvəqqəti olaraq dayandırılıb: “Amma biz ibadətlərimizi, namazlarımızı evlərimizdə, ailələrimizin içərisində edirik”.

QMİ sədrinin fikrincə, Qurban bayramında vacib deyil ki, hər bir insan qurban kəssin: “Onun əvəzində yetimlərə, imkansızlara köməklik göstərə bilərlər”.

A.Paşazadə Qurban bayramı münasibətilə bütün Qafqaz xalqlarını, dünya ictimaiyyətini, müsəlmanları, xüsusən Azərbaycan müsəlmanlarını təbrik edib: “Allah təala onlara xoşbəxtlik versin, dövlətimizi qüvvətli etsin, dövlət başçımızı qorusun”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR