Rəqibin üstünə öskürən oyunçular meydandan qovulacaqlar -

İngiltərə Futbol Assosiasiyası (FA) oyunçuların meydandakı davranışları ilə bağlı hakimlər üçün yeni təlimatlar hazırlayıb.

Metbuat.az fanat.az-a istinadən xəbər verir ki, İngiltərə çempionatının oyunlarında hakimlərin və ya rəqib futbolçuların üstünə qəsdən öskürən futbolçular meydandan qovulacaqlar.

Bununla yanaşı, hakimlərin qol sevincləri zamanı sosial məsafəni qorumayan və ya meydana tüpürən oyunçuları hərəkətlərinə görə cəzalandırmaq haqqına sahib olmayacağı da dəqiqləşib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR