Maşın skamyaya çırpıldı: 6 ölü, 6 yaralı

Maşın skamyaya çırpıldı: 6 ölü, 6 yaralı
07:19 18 Yanvar 2015
141 Dünya
Ölkə mətbuatı
A- A+

Braziliyanın Minas-Jerays ştatında baş vermiş ağır yol nəqliyyat hadisəsi nəticəsində 6 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, yüksək sürətlə hərəkət edən minik avtomobili Belu Oriyenti yaşayış məntəqəsində döngədə idarəetməni itirib və yoldan çıxaraq binanın qarşısında sakinlərin oturduğu skamyaya çırpılıb.   

 

Skamyanı aşıran avtomobil daha sonra ağaca çırpılıb.  

 

Məlumata görə, qəza nəticəsində yaralılardan üçü avtomobilin salonunda olublar. Hadisə yerini tərk edən sürücü barəsində axtarış elan olunub.  

 

Ölənlər arasında  4 qadın, kişi və 16 yaşlı qız var.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190695

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR