.

FED-in qərarı manata təsir edəcəkmi? - AÇIQLAMA

İyulun 30-da Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz endirilməsi (7%-dən 6,75%-ə) barədə qərar qəbul etdi. Bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovbildirdi ki, faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi isə 7,25% səviyyəsində müəyyənləşdirilib.Qərarın qəbulunda pronazlaşdırılan illik infilasiyanın normadan aşağıda olması, valyuta bazarında stabilliyin davam etməsi əsas amillər kim qiymətləndirilir.

MB-nın qərarına münasibət bildirən iqtisadçı ekspert Elman Sadıqov Metbuat.az-a müsahibəsində bildirdi ki, uçot faiz dərəcələrini endirmək MB-ın əlində monetar siyasəti aparmaq üçün istifadə olunan alətlərdən biridir.

“Uçot faiz dərəcəsi MB tərəfindən banklara verilən kreditlərin faizlərini müəyyənləşdirən faiz dərəcəsidir. Əgər uçot faiz fərəcəsinin məsələn aşağı həddi 6 faizdirsə bu o deməkdir ki, Mərkəzi Bank banklardan minimum 6 faiz həddində vəsait cəlb edir.

Burada qeyd etmək lazımdır ki, uçot faiz dərəcəsinin repo faiz dərəcələrinə və depozit faiz dərəcələrinə də birbaşa təsiri var. Bu faiz dərəcəsi birbaşa cəlb olunan vəsaitlərə də təsir edir. Yəni aşağı faiz dərəcəsi MB-nın maliyyə sektorundan, o cümlədən banklardan cəlb etdiyi faiz dərəcələsidir. Faiz dərəcəsinin yuxarı həddi isə MB-nın banklara verdiyi, təklif etdiyi faiz məbləğinin və ya hər hansı bir resursun(repo əməliyyatları və s) maksimum həddi deməkdir.

Amma adətən inkişaf etməkdə olan ölkələrdə bu faiz spredi daha dar olur. Azərbaycanda və inkişaf etməkdə olan ölkələrdə aşağı və yuxarı hədd arasındakı spredin nisbətən yüksək olması təbiidir, çünki faiz dərəcələri 0-2, 1-3 faiz ətrafında deyil. Faiz dərəcələri aşağı düşdükcə spred də daralır. İnkişaf etmiş ölkələrdə isə bu spred ümumiyyətlə 0.25 faiz bəndi ətrafında dəyişir. Uçot faiz dərəcəsinin ölkədəki faizlərə təsir dərəcəsi ölkənin bank-maliyyə sisteminin, qiymətli kağızlar bazarının inkişaf səviyyəsindən, maliyyə əməliyyatlarının aktivliyi və həcmindən birbaşa asılıdır. O səbəbdən inkişaf etmiş ölkələrdə uçot faiz dərəcələrinin 0.25 faiz bəndi dəyişməsi maliyyə bazarlarına ciddi təsir edir.


Azərbaycan və digər inkişaf etməkdə olan ölkələrdə bu təsir dərəcəsi nisbətən aşağıdır. Uçot faiz dərəcəsinin kredit faizlərinə təsiri olsa da, bu təsir depozit faizlərinə olan təsirlə müqayisədə aşağıdır. Başqa sözlə, depozit faizlərinə təsir birbaşa və daha yüksəkdir. Uçot faiz dərəcəsinin digər kateqoriaydan olan faiz dərəcələrinə təsiri isə inkişaf etmiş ölkələrlə müqayisədə daha aşağıdır.

Bəs dövr edən vəsaitlərin həcminə təsir edən amillər hansılardır?

“Səbəb likvidlikdən, dövr edən vəsaitlərin həcmindən asılıdır. Məsələn Amerika və Britaniya , Yaponiya kimi ölkələrdə vəsaitlərdə dövriyyədə trilyonlarla dövr edir. Orada 0.1faiz bəndinin dəyişməsi belə 100 milyonlarla fərq deməkdir. Amma Azərbaycanda dövriyyədə o qədər pul yoxdur. Həmçinin bizdə maliyyə bazarı da o qədər də inkişaf etməyib. Amma gələcək üçün Azərbaycanda pul bazarının və ya pul hovuzunun yaradılması prioritet sahə kimi nəzərdə tutulub. ”

Azərbaycanda uçot faiz dərəcəmiz Amerika və Avropa birliyinin uçot faiz dərəcəsindən asılıdırmı?

“Xeyr təssüf və ya xoşbəxtlikdən, bu belə deyil. Adı çəkilən ölkələrdə uçot faiz dərəcələri tamamilə fərqli amillərə əsaslanır. Azərbaycanda monetar siyasətin konturlarını müəyyənləşdirən məsələlər tamamilə fərqlidir. Amerikanın və Avropanın monetar siyasətində isə həlledici amillər tamamilə fərqlidir.Ona görə də dəfələrlə də qeyd etdiyim kimi, nə Avropanın , nə Amerikanın uçot faiz dərəcəsinin aşağı düşüb və yaxud da yuxarı qalxması Azərbaycanda nə manatın kursuna, nə də uçot dərəcəsinə birbaşa təsir edən amil deyildir. Ola bilər ki, bu dolayısı yolla neftin kursuna təsir edə bilər. Çünki yalnız neftin qiymətinə təsir edən amillər manatın məzənnəsinə dolayı yolla (neftin qiyməti vasitəsilə) təsir edə bilər. Manatın kursuna təsir edə biləcək digər amil isə qonşu ölkələrin (Türkiyə, Rusiya, Gürcüstan, İran) valyutalarının kurslarında kəskin dəyişmələr ola bilər. Bu isə uçot faiz dərəcəsinə minimum aidiyyatı olan başqa mövzudur.”

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR