.

Makedoniyalı yarımmüdafiəçi Bakı klubunda

Bakının “Səbail” futbol klubu Florian Kadriunun keçidini həll edib.

Metbuat.az kluba istinadən xəbər verir ki, Bakı təmsilçisi Albaniya əsilli makedoniyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb. O, 2020/2021-ci il mövsümünün sonunadək “Səbail”in formasını geyinəcək.

Qeyd edək ki, Kadriu Albaniyada “Tirana” və “Teuta”, Şimali Makedoniyada isə “Şkupi”, “Rabotniçki” və “Renova” klublarında çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR