DİM-dən qəbul imtahanlarının 2-ci mərhələsinə hazırlaşan abituriyentlərə

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə hazırlaşan abituriyentlərə müraciət edib.

Metbuat.az xəbər verir ki, DİM bildirib ki, abituriyentlər fənlər üzrə tapşırıq nümunələri ilə “Abituriyent” 1 jurnalında tanış ola bilərlər.

Xatırladaq ki, 2020-ci ilin fevral ayında nəşr olunun jurnalda qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə tapşırıq nümunələri də dərc olunub.

İmtahana hazırlaşan abituriyentlər öyrəndiklərini yoxlaya bilmələri üçün jurnalın 68-112-ci səhifələrində verilmiş tapşırıq nümunələri ilə tanış ola bilərlər.

Qəbul imtahanı modelinə əsasən hər fənn üzrə 30 tapşırıq verilir. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq tipli tapşırıqlar uzun müddət istifadə olunan hesablama, seçim, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

Jurnalın 113-121-ci səhifələrində tapşırıq nümunələrinin düzgün cavabları və qiymətləndirmə meyarları da verilib.

Jurnal iki dildə – Azərbaycan və rus dillərindədir.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

  • Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;
  • Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR