Yanğına görə qatarlar dayandı

Yanğına görə qatarlar dayandı
07:26 18 Yanvar 2015
125 Dünya
Ölkə mətbuatı
A- A+

La Manş boğazının altından keçən yüksək sürətli Avrostar qatarlarının hərəkəti yanğına görə dayandırılıb.

ANS PRESS-in məlumatına görə, hərəkət Fransanın Kalais şəhərilə Britaniyanın Dover şəhərini birləşdirən sualtı tuneldə tüstülənmə qeydə alındıqdan sonra dayandırılıb.

Avrostar vebsaytında deyildiyinə görə, tüstülənmə şimal tuneldə qeydə alınıb.

Xəbərdə bildirilir ki, tüstü tunelin Fransaya yaxın olan hissədə yük qatarında baş verimiş yanğına görə əmələ gəlib.

Tüstünü qeydə almış elektron sensorlar isə avtomatik olaraq yanğın siqnalizasiyasını işə salaraq tuneldəki nəqliyyatın hərəkətini dayandırıb.

Nəticədə La Manş altından şənbə gününün sonunadək keçən bütün Avrostar reysləri ləğv olunub və ya təxirə salınıb, Bununlada Britaniya ilə Fransa və Belçika arasında La Manş tuneli vasitəsilə əlaqə kəsilib.

Məlumatlara görə, yüzlərlə sənişin aldığı Avrostar biletlərini qaytarmağa və ya dəyişməyə çalışır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320371

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR