.

​Bakıda onlayn yolla narkotik vasitələrin alqı-satqısını həyata keçirən şəxs saxlanıldı

Bakıda onlayn yolla narkotik vasitələrin alqı-satqısını həyata keçirən şəxs saxlanılıb.

Metbuat.az xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı Salyan rayon sakini Nicat Nuriyev tutulub. Onun üzərində şəxs axtarış aparılan zaman 116 qramheroin və 6 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Araşdırma zamanı Nicat Nuriyevin narkotik vasitələri onlayn yolla tanımadığı şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq məqsədi ilə aldığı məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Nicat Nuriyev tutularaq istintaqa təqdim olunub.Zəruri istintaq vəəməliyyat-axtarış tədbirləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR