Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı azaldı - STATİSTİKA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 5-nə olan statistik göstəriciləri açıqlayıb.

Metbuat.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 3 787 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 255 nəfər reanimasiyada, 51 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 33 103 nəfər virusa yoluxub, 28 840 nəfər sağalıb.

Bildirilib ki, bu gün 7 883 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 759 129 test aparılıb.

Qeyd edək ki, bu gün 193 koronavirusa yoluxma faktı qeydə alınıb, 3 nəfər dünyasını dəyişib, 492 nəfər sağalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR