Azərbaycanda kişi sevgilisini öldürdü: Qadın evli və iki uşaq anası olub - TƏFƏRRÜAT

.

Goranboy rayonunda baş verən qətllə bağlı bəzi detallar məlum olub.

Metbuat.az xəbər verir ki, məlumata görə, 1986-ci il təvəllüdlü Goranboy rayon, Qazançı kənd sakini Zamanov Qərib Əfqan oğlu qeyri-rəsmi münasibətdə yaşadığı Goran qəsəbə sakini, 1983-cü il təvəllüdlü İmanova Gülbuta Gülzalı qızını odlu silahdan açılmış atəşlə qətlə yetirib.

Bildirilir ki, silah Q.Zamanovun atasından qalmış ov tüfəngi olub.

Evli olan G.İmanova evli Q.Zamanovla sevgi münasibəti yaşayıb.

Onun həyat yoldaşından iki övladı var.

Qətli törədən şəxs saxlanılıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR