.

​Bu ilin əvvəlindən “Məşğulluq” altsisteminə 100 mindən çox vakansiya daxil edildi

Bu ilin əvvəlindən “Məşğulluq” altsisteminə 100 mindən çox vakansiya daxil edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Məşğulluq” altsisteminə vakansiyaların daxil edilməsi və işsiz və işaxtaranlara vakansiyalar üzrə e-göndərişlərin verilməsi prosesi davam etdirilir.

Bu ilin əvvəlindən altsistemə 100 mindən çox vakansiya daxil edilib. Onlardan 57 mindən çox vakansiya üzrə işsiz və işaxtaran vətəndaşlara e-qaydada göndərişlər verilib.

Hazırda “Məşğulluq” altsistemində 45 375 vakansiya mövcuddur. Qalan vakansiyalar üzrə göndərişlərin verilməsi, həm də “Vakansiya bankı”na işəgötürənlər tərəfindən yeni vakansiyaların daxil edilməsi prosesi davam edir.

Xatırladaq ki, işəgötürənlər yeni iş yeri və boşalan iş yeri barədə məlumatları “Məşğulluq haqqında” Qanuna əsasən ən geci 5 iş günü müddətində “Məşğulluq” altsistemindəki vakansiya bankına daxil etməlidirlər. Bununla onlar işçi qüvvəsinə olan tələbatlarının çevik şəkildə ödənilməsinə nail olurlar. İşsiz və işaxtaranlar isə altsistemə daxil olaraq, peşə və ixtisaslarına uyğun vakansiyalar üzrə operativ şəkildə e-qaydada göndəriş əldə edir, hansısa quruma müraciət etmədən qısa vaxtda işlə təmin olunmaq imkanı qazanırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR