Türkiyədə daha 1153 nəfər koronavirusa yoluxdu

Türkiyədə son sutka ərzində 14 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, daha 1153 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5798, virusa yoluxanlar isə 237 min 265 nəfərə çatıb.

Türkiyədə indiyədək 220 min 546 pasiyent (son sutkada 1015 nəfər) sağalaraq evə buraxılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR