DƏHŞƏT! Bu ölkələrdə COVİD 19-dan ölənlər

Koronavirusun yeni növü (Covid-19) epidemiyası səbəbindən son 24 saat ərzində Braziliyada 1237, Hindistanda 886, Meksikada 819 adam ölüb.

Metbuat.az xəbər verir ki, Braziliya Səhiyyə Nazirliyinin məlumatlarına görə, 1237 nəfərin ölümü ilə ölkədə COVİD 19 dan ölüm halı sayı 98 min 493 nəfərə yüksəlib.Yoluxma sayı isə 53 min 139 artaraq 2 milyon 912 min 212-ə çatıb.

Təxminən 46 milyon əhalisi olan ölkənin ticarət mərkəzi sayılan Sao Paulo əyalətində 589 min 670 yoluxma hadisəsi və 24 min 448 virusla ölüm halı qeydə alınıb.

Əhalisi 211 milyondan çox olan Braziliya Latın Amerikasında "epidemiyanın mərkəzi" olaraq xarakterizə olunur.

Hindistan Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, son 24 saat ərzində ölkədə 886 insan Covid-19-dan ölüb.Bununlada ölənlərin sayı 41 min 585-ə çatıb. Bu günə qədər ölkədə 1 milyon 378 min 105 nəfər virusdan sağalıb.

"Worldometer" saytının məlumatına görə, Hindistan yoluxma sayına görə dünyada üçüncü yerdədir. Meksika Səhiyyə Nazirliyinin məlumatlarına görə, ölkədə son 24 saatda Covid-19-dan itki 819 artaraq 50 517-ə çatıb.

Meksikada Covid-19 yoluxma sayı 6.590 artaraq 462.690'a çatıb. Bugünə qədər Covid-19- aşkarlanan 308 min 848 nəfər sağalıb.

Meksikada ölənlərin gündəlik sayı ilk dəfə mayın 27-də 500-ü keçib, ilk yoluxma fevralın 28-də, ilk ölüm martın 19-da baş verib.

Mənbə: AA.COM.TR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR