Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 6-da 46,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,7 dollar/barel azdır.

Bu barədə Metbuat.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 45,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,7 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 44,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,74 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 45,26 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,66 dollar/barel azdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR