Bakının rayonları üzrə yoluxma göstəriciləri - STATİSTİKA

Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.

Metbuat.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəriciləri Binəqədi, Xətai, Sabunçu və Yasamal rayonlarında qeydə alınıb. Həmin rayonlar üzrə yoluxma göstəriciləri müvafiq olaraq 14,2, 12,2, 11,9 və 11,8 faiz təşkil edir.

Paytaxtın digər rayonlarına gəlincə, yoluxma hallarının 9,2 faizi Nəsimi, 8,3 faizi Nərimanov 8,1 faizi Suraxanı, 7,4 faizi Qaradağ, 7,3 faizi Nizami, 4,8 faizi Xəzər, 4,5 faizi Səbail, 0,3 faizi Pirallahı rayonlarının payına düşür.

Ümumilikdə isə ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 56,3 faizi paytaxtda qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR