.

TƏBİB məlumat yaydı - SON DƏQİQƏ

Azərbaycanda koronavirusla bağlı 9 avqust 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, son sutkada koronavirusa görə 5618 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 785 min 126-ya çatıb.

Reanimasiyada olan xəstə sayı 253, süni tənəffüs cihazında olan xəstə sayı 47 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə 33 min 568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 30 min 364 nəfər müalicə olunaraq sağalıb, 490 nəfər vəfat edib. Aktiv xəstə sayı 2714 nəfərdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR