Türkiyədə daha 15 nəfər koronavirusdan öldü

Türkiyədə son sutka ərzində 15 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, daha 1182 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5844, virusa yoluxanlar isə 240 804 nəfərə çatıb.

Türkiyədə indiyədək 223 min 759 pasiyent (son sutkada 1103 nəfər) sağalaraq evə buraxılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR