.

"Türkiyədə koronavirus peyvəndinin sınaqları uğurlu oldu" - ƏRDOĞANDAN AÇIQLAMA

''Türkiyə yerli peyvənd inkişaf etdirən ölkələr arasında ABŞ və Çindən sonra üçüncü yerdədir.''

Metbuat.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Elm və Texnologiya Araşdırma Təşkilatı (TÜBİTAK) tərəfindən 8 fərqli peyvənd və 10 fərqli dərman layihəsinin həyata keçirildiyini bildirən Prezident Ərdoğan bildirib ki, artıq iki vaksinin sınaqları müvəffəqiyyətlə tamamlanıb.

''Artıq iki vaksin namizədinin heyvanlar üzərində təcrübələri müvəffəqiyyətlə tamamlandı. Bunlardan biri etika komitəsinin razılığını alaraq insanlar üzərində klinik araşdırmalar mərhələsinə çatıb. Peyvəndlə yanaşı, dərman inkişafı fəaliyyətləri də sürətlə davam edir.

Qeyd edək ki, 24 saat ərzində Türkiyədə koronavirusa yoluxma hallarının sayı 240 804 nəfərə yüksəlib.

Mənbə: Haberler.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR