.

Azərbaycanda hamı koronavirusa yoluxacaqmı? - HƏKİMDƏN CAVAB

"Belə bir qayda yoxdur ki, dünyada hamı virusa yoluxmalıdır. Kollektiv immunitetin formalaşması üçün minimum 70 faiz, ortalama 80 faiz insanın yoluxması kifayətdir. Belə olan təqdirdə virus özünə yaşayış yeri tapmır və sıradan çıxır".

Bu sözləri Tibb elmləri doktoru Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, müəyyən bir zaman intervalında, yəni bir il ərzində insanların təxminən 70-80 faizi maksimal bir-birilə ünsiyyətdə olmaq imkanına malikdir:

"Ehtimal nəzəriyyəsini əsas götürərək bildirmək olar ki, kollektiv immunitetin formalaşması adətən bu rəqəmlə hesablanır, 100 faizlə yox. Bizim ölkə ümumilikdə götürəndə kollektiv immuniteti əsas götürüb. Xəstəxanalardan əlavə evlərdə yoluxub müalicə alan insanlar da çoxdur". // Baku.ws


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR