Dünyada koronavirusa yoluxanların sayı 20 milyonu keçdi

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 20 milyon nəfəri ötüb.

Metbuat.az xəbər verir ki, bu barədə koronavirus statistikalarını araşdıran "Worldometers" saytı məlumat verib. Bu gün üçün koronavirusa yoluxanların sayı 20 024 263 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 733 995 nəfəri ölüb, 12 898 238 nəfəri isə sağalıb.

Lakin Cons Hopkins Universitetinin məlumatına əsasən, dünyada koronavirusa yoluxanların sayı 19 778 566 nəfər təşkil edir.

Ən çox yoluxma hallarının qeydə alındığı ölkələr sırasında ABŞ (5 044 435), Braziliya (3 035 422), Hindistan (2 153 010), Rusiya (885 718) və CAR (559 859) yer alıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR