Müəllimliyə imtahan vermək istəyənlərin NƏZƏRİNƏ

Bu ilin avqust ayının 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək.

Təhsil Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, 14-17 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib.

Həmin tarixlərdə fizika, fransız dili, rus dili və biologiya fənləri üzrə test imtahanı keçiriləcək. Digər fənlər üzrə imtahan məlumatları növbəti günlərdə hissə-hissə mütəmadi olaraq şəxsi səhifələrə göndəriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR