Pandemiya dövrünün ''xilaskarı"- İnternet Bankçılıq TƏHLİL - VİDEO

.

İnternet bankçılıq banka getmədən, onlayn rejimində öz hesablarınızı idarə etmək və müxtəlif bank əməliyyatlarını həyata keçirmək imkanı verən bank xidmətidir.

Çoxlarımız kreditlərimizi ödəmək, depozit məbləğini artırmaq, hesabdan hesaba, kartdan-karta pul köçürmək, kredit sifariş etmək və s əməliyyatlar üçün banka gedirik.

Bu müddət ərzində həm nəqliyyatda tıxaclarda vaxt itiririk, həm də saatlarla növbədə qalıb bank şöbəsində vaxt və enerji itiririk. Amma bütün bunları, sadalanan əməliyyatların əksəriyyətini internet üzərindən etmək mümkündür.

Şəxsən özümündə üstünlük verdiyi bu xidmət həm vaxt itkisinə qənaət baxımdan həm də sürətli lazımi xidməti birbaşa müştəriyə göstərdiyi üçün artıq inkişaf etmiş və inkişafda olan bütün ölkələrdə qəbul edilən bir sistemdir.

Pandemiya dövründə də internet bankçılıq (onlayn bankinq) xidmətlərindən istifadə labüdləşdi. Belə ki, sərt karantin rejiminin qaydalarına uymaq baxımından insanlar evdən küçəyə çıxa bilmədikləri üçün bütün əməliyyatlarını internet üzərindən aparırdılar.

Bu barədə Metbuat.az-a özəl müsahibə verən Almaniya Comdirect Bankının baş ofisində Maliyyə və İnvestor Əlaqələrinə Nəzarət şöbəsində çalışan iqtisadçı-ekspert Murad Calalov bildirdi ki, belə bir vəziyyətdə Avropada karantin dövrlərində çox sahələrdə ''online service''-lərlə birgə internet bankçılıq (onlayn bankinq) də gündəmə gəldi.

''Bir çox ölkələrdə pandemiyanın güclü yayıldığı zamanda karantinə bağlanan ərazilərdə həyat dayanmışdı. Həmin ərazilərdə demək olar çox obyektlər bağlanmışdı. O cümlədən banklar da öz yerlərində müştərilərə xidmət göstərmirdilər.

Bu dönəmdə insanlar həm bankların bağlı olmasından, həm də ən əsası virusa yoluxma riskinin yüksək olduğundan evdə oturaraq bütün əməliyatları internet üzərindən həyata keçirmək istəyirdilər. Hansısa banklarda hesabları olan müştərilər prosess-lərin onlayn olaraq telefon, internet və həmçinin ATM-lər üzərindən tam aparılmamağından şikayətlənərək ya bəziləri həmin banklardan imtina etdilər, bəziləri isə həmin banklarda hesabları qalmaq şərti ilə onlayn proseslərin həyata keçirilməsində öndə olan banklara internet üzərindən üz tutdular."

Murad Calalov deyir ki, belə dövrün olacağı ağlagəlməzdi. Amma bunu da bir sınaq kimi düşünsək insan faktorundan əlavə olaraq, iqtisadiyyatın hansı sahələri buna tam hazır olub olmadığı tam məlum olur. Belə səbəblərdən direkt bankların nə qədər vacib olması bir daha göz önünə gəlir.

Bəs Direkt Bank-ın üstünlüyü nədən ibarətdir?

"Direkt bankın əsas göstəricisi və üstünlüyü, istənilən bank əməliyyatlarının telefon, internet və ATM-lərlə banka getmədən etmək mümkündür. İnsanlar üçün belə banklar həm də Virtual Banklar kimi tanınır. Direkt banklarla əməliyyatlar etmək nəinki insanların zaman və maddi xərclərinə qənaət edir, həmçinin COVİD-19 virusunun yayıldığı bir dövrdə, insanlar bank əməliyyatlarını heç bir risk almadan əvvəlki kimi banka gəlmədən yerinə yetirə bildilər. Bu cür banklar pandemiya zamanı bankinq proseslərinin iflic olmasının qarşısını aldı.

Mən çalışdığım Comdirect Bankında bunun şahidi oldum. Aprel ayında artıq yoluxma sayının Almaniyada yüksək olduğu bir dövürdə, bir həftənin içində yeni gələn müştərilərin sayı gözə çarpacaq dərəcədə artdı. Yeni qeydiyatdan keçən müştəri sayı normal dövürdə də plandan yüksək olur. Amma həmin Aprel ayında göstərici normada 4-5 dəfə çox oldu."

Ekspert bildirdi ki, Azərbaycanda internet bankçılıq (onlayn bankinq)sistem insanlar tərəfindən bir o qədər də maraqla qarşılanmır və ağlabatan gəlmir. Buna da əsas səbəb kimi bank işçisi ilə üz-üzə danışılmadığı üçün inamsızlıqdır.

"Direkt banklar müştəriləri ilə bank əməliyyatlarını ancaq virtual həyata keçirirlər. Hətta insanlara qaranlıq qalan nüanslar olarsa, sual yaranarsa ekranda onlayn çat adlanan pəncərə açılır ki, bununla robot avtomatik sizin suallarınızı anında cavablandırır. Amma ölkəmizdə insanların buna baxışı bir qədər fəarqlidir. Elə hallar olur ki, hətta kiçik əməliyatları belə banka gedib orda bankın əməkdaşı ilə həyata keçirməyə üstünlük verirlər. Çünki problem yarananda, bank işçisini tanıdığı üçün artıq müştərilərdə rahatlıq hissi yaranır.

Amma mən nəinki virusun insan orqanizminə təsiri ilə bağlı faktoru nəzərə alıb deyirəm, hətta indiki müasir dövür üçün ən optimal variant kimi artıq bütün əməliyyatları öz telefonunuz üzərindən həyata keçirə bilərsiniz. Bank sektoru deyil hətta digər sahələrdə daxil olmaqla. Çünki hansısa işçinin də səhv edə bilmə ehtimalı vardır.

Hətta artıq uzun müddətdir ki, kartları telefonun ekranına köçürməklə, kartı üzərinizdə götürməyə də ehtiyac qalmır. Almaniyanın artıq bir çox marketlərində müştərilər „self scan service”-lərindən yararlanır. Yəni, insanlar istədikləri malları alıb, kassada özləri barkodunu oxutdurub, telefonun ekranı ilə ödəniş edərək məkandan uzaqlaşırlar.

Bu da uzun növbələri, insan sıxlıqlarını aradan qaldırmaqla, vaxta qənaətə, həmin marketlərdə asan servise baxımından alıcı sayının artmasına getirib çıxardır. Ən əsası isə insanları toplulluqlardan, yaxın təmaslardan uzaq tutur.

Amma mən nəinki virusun insan orqanizminə təsiri ilə bağlı faktoru nəzərə alıb deyirəm, hətta indiki müasir dövür üçün ən optimal variant kimi artıq bütün əməliyyatları öz telefonunuz üzərindən həyata keçirə bilərsiniz. Bank sektoru deyil hətta digər sahələrdə daxil olmaqla. Çünki hansısa işçinin də səhv edə bilmə ehtimalı vardır. Hətta artıq uzun müddətdir ki, kartları telefonun ekranına köçürməklə, kartı üzərinizdə götürməyə də ehtiyac qalmır. Almaniyanın artıq bir çox marketlərində müştərilər „self scan service”-lərindən yararlanır. Yəni, insanlar istədikləri malları alıb, kassada özləri barkodunu oxutdurub, telefonun ekranı ilə ödəniş edərək məkandan uzaqlaşırlar. Bu da uzun növbələri, insan sıxlıqlarını aradan qaldırmaqla, vaxta qənaətə, həmin marketlərdə asan service baxımından alıcı sayının artmasına getirib çıxardır. Ən əsası isə insanları toplulluqlardan, yaxın təmaslardan uzaq tutur. ''

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR