Tovuzda baş verən qəzada bir nəfər xəsarət alıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.

Hərəkətə olan iki "VAZ" markalı minik maşını toqquşub. Qəza zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR