Bakıda 24 yaşlı oğlan dənizdə boğuldu

Bakıda 24 yaşlı oğlan dənizdə boğulub.

Metbuat.az FHN-ə istinadən xəbər verir ki, nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsində, dənizdə (qeyri çimərlik ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü İbrahimov Kənan Firuz oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR