Trampa qarşı sui-qəsd? -

ABŞ prezidenti Donald Tramp, mətbuat konfransı keçirərkən qəflətən şəxsi mühafizəsi tərəfindən salondan çıxarılıb.

Metbuat.az xəbər verir ki, Tramp Ağ Evdə gündəlik mətbuat konfransı keçirən zaman Ağ Evin kənarında silah səsləri eşidilməyə başlayıb. Müxbirlərin buraxılmasına icazə verilməsə də şəxsi mühafizə heyyəti Trampı konfransdan uzaqlaşdırıb. Bir müddət sonra geri qayıdan Tramp "Vəziyyət nəzarət altındadır" deyib.

Ağ Evin kənarında silahlı bir şəxsin vurulduğunu bildirən Tramp, bu şəxsin xəstəxanaya çatdırılıdığını söyləyib.

Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyətlə bağlı dəqiq məlumatı olmadığını bildirən Trump, Gizli Xidmətin mövzu ilə bağlı ətraflı açıqlama verəcəyini qeyd etdi.

D. Tramp media nümayəndələrinə xüsusi xidmət orqanlarının araşdırma apardığını və hadisə ilə əlaqədar ətraflı açıqlama verəcəyini deyib.

"Dünyanın hər zaman belə bir təhlükəli bir yer olması çox təəssüf hissi keçirir. Düşünürəm ki, bir müddət belə davam edəcək."

Amerika prezidenti Ağ Evdə özünü güvəndə hiss etdiyini qeyd edərək, mətbuat konfransına davam edib.

Mənbə:NTV.COM


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR