Whatsapp-dan gözlənilən YENİLİK ...

.

Sosial media nəhəngi Facebookun məşhur mesajlaşma tətbiqi olan WhatsApp, daha bir platformaya inteqrasiya etməyi planlaşdırır.

Metbuat.az xəbər verir ki, WhatsApp söhbət tarixçələrini yeni qurğuya köçürmək, iOS əməliyyat sistemi ilə işləyən iPhone-lardan Android-ə və ya Android-dən iOS-a keçdikdə problem yarada bilirdi. Təbii ki, bu, cihazları dəyişdirən WhatsApp istifadəçilərinin ən çox tənqid etdiyi məsələlərdən biridir.

WhatsApp yəqin ki, bu tənqidləri dinlədi. Çünki platforma bu prosesi asanlaşdıracaq yeniləmə üçün ilk addım atdı.

WhatsApp bu məlumatların yeni qurğuya ötürülməsinə imkan verən xüsusiyyətini sınamağa başladı. WhatsApp-da bir çox hesab xüsusiyyətləri aktiv olduqda, chat ehtiyat nüsxəsindən qurtulacaqsınız.


Çünki bu xüsusiyyət sayəsində yeni bir cihaz aldığınızda, WhatsApp-dakı bütün məlumatlar çox hesablı dəstək sayəsində bu qurğuya gələcəkdir.

Bu məsələnin yaxın günlərdə öz həllini tapacağı bildirilir.

Mənbə:Forbes


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR