Bu ölkələrdə virus ŞİDDƏTLƏ ARTIR: Son 24 saatda 2 min insan öldü

.

Koronavirus pandemiyasından ən çox təsirlənən ikinci ölkə olan Braziliyada son 24 saatda 703 nəfər vəfat edib.

Metbuat.az xəbər verir ki, Braziliya Səhiyyə Nazirliyinin məlumatına görə, bununla da ölkədə virusdan ölənlərin sayı 101 min 752 olub. Yoluxanların sayı isə son sutkada 22 min artaraq 3 milyon 57 mini keçib.

Meksikada da virus şiddətlə yayılmaqdadır. Ölkədə son 24 saatda virusdan 705 nəfər vəfat edib. Bununla da, ölkədə virusdan ölənlərin sayı 53 min, virusa yoluxanların sayı isə 485 min olub.

Hindistanda isə son 24 saatda koronavirusdan 871 nəfər ölüb. Ölkədə virusdan ölənlərin sayı 45 mini ötüb, yoluxanlar 2 milyon 268 mindir.

Mənbə: Anadolu Ajansı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR