.

SON DƏQİQƏ! Yasamalda bina yanır - ANBAAN GÖRÜNTÜ - YENİLƏNİB

Yasamal rayonu A.M Şərifzadə küçəsi 112 də yerləşən binada yanğın hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki,hazırda FHN əməkdaşları yanğını söndürməyə çalışırlar.

***

14:30

Yanğın artıq söndürülüb.

***

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtbəsində ümumi sahəsi 40 m² olan mənzilin yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Yüksək temperaturdan hamam otağının plastikdən ibarət qapısı qarsalanıb. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR