Əqli qüsurlu qadının yaxınları axtarılır

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə qalan bir qadını görərək ona yaxınlaşıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, itkin düşdüyü ehtimal edilən həmin şəxs polis şöbəsinə gətirilib. Üzərində heç bir sənəd olmadığından onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Qadın 50-60 yaşlarındadır.

Fotosu təqdim olunan həmin şəxsi, eləcə də onun yaxınlarını tanıyanlardan Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə və Balakən Rayon Polis Şöbəsinin (024)-295-10-37 şəhər və (055 ) 280-11-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR