Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı gətirilir

Gün ərzində 74 Azərbaycan vətəndaşının Gürcüstandan təxliyə edilməsi planlaşdırılır.

Metbuat.az xəbər verir ki, təxliyə olunacaq şəxslər artıq COVID-19 testi veriblər. Testi neqativ çıxan şəxslər ayrılmış xüsusi avtobuslarla "Sınıq Körpü" sərhəd-keçid məntəqəsinə gətiriləcəklər.

Qeyd edək ki, qaydalara əsasən ölkəyə gələn vətəndaşlardan koronavirus testi neqativ çıxanlar karantində saxlanılmır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR