.

Təhsil Nazirliyindən RƏSMİ AÇIQLAMA - ''Belə bir təlimat verilməyib''

"Məktəblərin hansı formada açılacağı ilə bağlı təlimat almamışıq, bu haqda müzakirələr davam edir və kompleks tədbirlər planı hazırlanır".

Metbuat.az xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunu müdiri Cəsarət Valehov deyib.

O bəzi xəbər saytlarında yayımlanan "Məktəb direktorlarına yeni dərs ili ilə bağlı təlimatlar verilib" xəbərininin rəsmi olmadığını bildirib: "Bununla bağlı müzakirələr gedir və rəsmi qurumlar kompleks tədbirlər planı hazırlayır. Yaxın zamanda ictimaiyyətə geniş məlumat veriləcək".

Qeyd edək ki, bu gün news24.az saytında məktəb direktorlarına yeni tədris ili ilə bağlı təlimat göndərildiyi haqda xəbər yayımlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR