KORONAVİRUS QORXUSU:

Üç mərtəbəli binanın damına yuva quran yarasalar qorxuya səbəb oldu.

Metbuat.az xəbər verir ki,Türkiyənin Hakkari vilayətində bir neçə ailənin narahatlığına və qorxusuna səbəb olan hadisə baş verib.

Biçer məhəlləsindəki 3 mərtəbəli binanın yuxarı mərtəbəsində yaşayan 6 nəfərdən ibarət Saraçoğlu ailəsi bir həftədir yarasalardan qorxurlar. Bir müddətdir evlərində gecələyə bilməyən ailə üzvləri əvvəllər sayı 1-2 ədəd olan yarasaların sayının qısa müddət ərzində 20-dən çox olduğunu bildiriblər.

İnsanların qorxusuna əsas səbəb yarasaların koronavirus daşıyıcısı ola bilməsi narahatlığıdır. Sakinlər məsələ ilə bağlı əlaqədar qurumlara müraciət ünvanlayıblar.

Qeyd edək ki, dünyanı qorxu altında saxlayan koronavirus epidemiyasının Çinin Uhan şəhərində yerləşən bir bazarda yarasa yeməyindən yayıldığı iddia edilirdi

Mənbə: NTV.COM


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR