İranda virusdan ölənlərin sayı kəskin artdı

İranda ötən sutka ərzində 174 nəfər koronavirusdan (COVID-19) ölüb.

Metbuat.az xəbər verir ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Larinin sözlərinə görə İranda bu virusdan ölənlərin sayı 19 162 nəfərə yüksəlib.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 292 058 nəfər koronavirusdan sağalıb.

Hazırda İranın Mazandaran, Tehran, Qum, Gülüstan, Şimali Xorasan, Ərdəbil, İsfahan, Əlborz, Rəzəvi Xorasanı, Kirman, Simnan, Şərqi Azərbaycan, Mərkəzi, Yəzd və Gilan vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 2,78 milyondan çox diaqnoz testi həyata keçirilib.

Mənbə:İrib.ir


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR