Türkiyə lirəsi ucuzlaşır –

“Türkiyə lirəsi ucuzlaşmaqda davam edir. 2020-ci ildə ABŞ dollarına olan məzənnəsi 5,95-dən 7,3-ə düşüb. Ölkənin tədiyyə balansına baxdıqda bunun səbəblərini görmək olar. Əsas səbəb xarici ticarətdə idxalın ixracı üstələməsi, investisiyaların ölkədən çıxmasıdır”.

Metbuat.az xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Samir Əliyev bildirib. O qeyd edib ki, cari hesablar balansının kəsiri artaraq $3,8 milyard olub:

“Halbuki ötən ilin eyni dövründə $1 milyardllıq profisit qeydə alınmışdı. Buna səbəb ticarət balansında kəsirin böyüməsidir. 2019-cu ilin yanvar-may aylarında kəsir $4,6 milyard olduğu halda 2020-ci ildə $16,2 milyarda yüksəlib.

Birbaşa xarici investisiyalarda müsbət saldo ($118 milyon) olsa da ötən ilin müvafiq dövrü ilə müqayisədə $3,7 milyardan $2,7 milyarda qədər azalıb. Portfel investisiyalara gəldikdə isə ölkədən çıxan investisiyanın həcmi $11,3 milyard olub. 2019-cu ilin ilk 5 ayında əksinə ölkəyə gələn portfel investisiyanın həcmi $5,9 milyard olub.

May ayında rəsmi ehtiyatlar $2,7 milyard artsa da yanvar-may ayı üzrə ümumilikdə $22,4 milyard dollar azalıb. 2019-cu ildə $3 milyard dollar artırmağa müvəffəq olmuşdu. Məlumat üçün bildirim ki, ehtiyatlar mart ayında $16,6 milyard, apreldə $8,6 milyard azalmışdı”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR