"Ürək xəstəliyindən ölənlərin sayı virusdan ölənlərdən 5 dəfə çoxdur" -

ABŞ lideri Donald Tramp "Ağ Ev"də keçirdiyi mətbuat konfransında yeni növ koronavirusla bağlı açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, Tramp bildirib ki, bir il ərzində ürək xəstəliklərindən ölənlərin sayı koronavirusdan ölənlərin sayından 5 dəfə çoxdur. O həmçinin koronavirusun gənclərdə az ölümcül təsirə malik olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların sayı 5 milyon 300 mindən çoxdur. Bu göstəriciyə görə ABŞ dünyada ilk sırada qərarlaşıb.

Mənbə: Habertürk


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR