.

Yük və minik maşınları toqquşdu - Sürücü xəstəxanalıq oldu - VİDEO

Abşeron rayonunda yük maşını minik avtomobili ilə toqquşub.

Metbuat.az xəbər verir ki, qəza rayonun Novxanı və Saray kəndlərini birləşdirən yolda baş verib.

31 yaşlı Vicay Baxışov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman nəqliyyat vasitəsi “KamAZ” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin ön hissəsi deformasiyaya uğrayıb. Ağır xəsarət alan sürücü Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR