ABŞ-la Moskva arasında VAKSİN QALMAQALI - Tam hazır deyil!

Avqustun 11-də koronavirusa qarşı dünyada ilk peyvəndi qeydiyyatdan keçirən Rusiyanın bu addımı ABŞ-ın hiddətinə səbəb olub.

Metbuat.az xəbər verir ki, “Sputnik V" adlandırılan peyvəndin tətbiqinin belə tez yəni avqust ayının sonunda olması məsələsi ABŞ-ın ürəyincə olmayıb.

Amerikalılar düşünür ki, ruslar bu məsələ ilə bağlı tələsir və vaksin tam hazır deyil.

Hətta vəziyyə o həddə çatıb ki, vaksin hazırlanmasında birgə əməkdaşlıqdan Ağ ev Kremldən üz döndərib. Çünki ABŞ düşünür ki, vaksin çox az sayda insan üzərində test olunub və buna görə də onun hazır vəziyyətdə olması ÜST tərəfindən də təsdiqini tapmayıb.

Qeyd edək ki, iddia olunur ki, koronavirusa qarşı Rusiya peyvəndinin qoruyucu xüsusiyyətləri tətbiq olunandan ən azı iki il ərzində təsirini saxlayacaq.

Mənbə:Cnnturk.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR