.

Firad Əliyev: "2020-ci ilin birinci yarısında hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə cinayəti qeydə alınmayıb"

"2020-ci ilin birinci yarısında hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə cinayəti qeydə alınmayıb".

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev "Respublika qəzeti"ndə dərc olunan məqaləsində qeyd edib:

"Nizam-intizamın, qanunçuluq və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətində əldə olunan müsbət nəticələrdə Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər dövlət orqanları, həmçinin qeyri-hökumət təşkilatları arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin də böyük əhəmiyyəti olmuşdur. Belə ki, fəaliyyət istiqamətləri üzrə görülən işlərlə bərabər, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinin və bununla əlaqədar həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədilə aidiyyatı dövlət qurumları ilə birgə bir sıra digər işlər də görülmüşdür. Bütün bunların nəticəsində də 2020-ci ilin birinci yarımilində qeydə alınmış cinayətlər ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 37% azalmışdır. Xüsusi vurğulanmalıdır ki, hesabat dövründə hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə və fərarilik cinayəti ümumiyyətlə qeydə alınmamışdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR