Firad Əliyev: "Cənab Kamran Əliyevin rəhbərliyi ilə prokurorluqda səmərəli islahatlar və mütərəqqi dəyişikliklər uğurla həyata keçirilir"

"2020-ci ilin birinci yarımili prokurorluq orqanları üçün də əlamətdar olmaqla prokurorluğun tərəqqi dövrü kimi tarixin yaddaşına həkk olunmuşdur. Möhtərəm cənab Prezident İlham Əliyevin mayın 1-də Azərbaycan Respublikasına yeni Baş prokuror təyin etməsi və mühüm dövlət postuna gətirilən II dərəcəli dövlət ədliyyə müşaviri cənab Kamran Əliyevin elə həmin gün videoformatda qəbulu zamanı dövlət başçısının verdiyi dəyərli tapşırıq və tövsiyələrin prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarında həyata keçirilməsi ilə prokurorluğun inkişafının yeni, islahatlar və səmərəli dəyişikliklər mərhələsi başlamışdır".

Metbuat.az bildirir ki, bu sözləri Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri, hüquq üzrə magistr Firad Əliyev "Respublika qəzeti"ndə dərc edilən məqaləsində qeyd etmişdir:

"Belə ki, dövlət orqanlarında idarəetmənin təkmilləşdirilməsi, işin səmərəliliyinin artırılması istiqamətində ölkəmizdə aparılan islahatların davamı olaraq, ölkə Prezidentinin göstəriş və tövsiyələrinin icrası ilə bağlı prokurorluq orqanlarında əsaslı struktur və kadr islahatlarının həyata keçirilməsinə başlanılmış, ədalətli meyarlara və şəffaf prosedurlara əsaslanan mütərəqqi dəyişikliklərin reallaşdırılması istiqamətində mühüm işlər görülmüşdür.

Qeyd etmək lazımdır ki, dövlət başçısının rəhbər göstərişlərindən və müdrik tövsiyələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi, müasir məzmunlu islahat tədbirlərinin eyni intensivliklə davam etdirilməsi, fəaliyyət istiqamətləri üzrə işin keyfiyyətinin yüksəldilməsi, müasir iş metodlarını tətbiq etməyə qadir olan kadr korpusunun formalaşdırılması, o cümlədən prokurorluq orqanlarında funksional idarəetmənin səmərəliliyinin artırılması məqsədilə prokurorluğun sağlam mənəviyyata və yüksək peşəkarlığa malik müasir dünyagörüşlü işçilərlə komplektləşdirilməsi istiqamətində işlər Baş prokuror cənab Kamran Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR