.

​“Uşaq pulu verilməlidir” - AÇIQLAMA

“Hər şeyi kəsmək olar, uşaq pulunu olmaz.”

Metbuat.az xəbər verir ki, bu sözləri “unikal.org”a açıqlaması zamanı tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov deyib.

O bildirib ki, uşaq pulu xarici ölkələrə müvafiq verilməlidir.

“Uşaqların xəstəlik keçirməmələri və sağlam böyümələri üçün bütün dünya xalqları uşaq pulu verməlidir.

Bu məbləğ 100 manat deyil, daha yüksək olmalıdır, yəni bir insanın yaşaması üçün nə qədər lazımdırsa, o qədər. Əslində uşaq pulunun verilməsi məsələsini millət vəkili kürsüsündə oturanlar qaldırmalıdırlar.

Hər şeyi kəsmək, ya da azaltmaq olar, lakin uşaq pulunu kəsmək olmaz.

Bu vəsait uşağın yaxşı qidalanaraq, sağlam böyüməyinin təminatıdır. Xəstə uşaq gələcəkdə hansı təfəkkürün sahibi olacaq? Övladlarımızın 18 yaşına çatanda sağlam olması üçün bu vacibdir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR